Dünya

Suriya 10 ildən sonra Səudiyyə Ərəbistanında səfirliyinin işini bərpa edib

Sharing is caring!


Suriya iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsindən 10 ildən çox vaxt keçdikdən sonra Səudiyyə Ərəbistanındakı səfirliyini yenidən açıb.

Məlumata görə, Suriyanın baş konsulu İhsan Raman ötən həftə sonu Ər-Riyada gəlib və səfir gələnə qədər ölkəni təmsil edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2011-ci ildə Dəməşqdə silahlı münaqişə başlayandan sonra səfirini geri çağırıb. Eyni zamanda Ərəb Dövlətləri Liqası Suriyanın üzvlüyünü dondurub.

Münasibətlərin bərpası prosesi bu ilin aprelində Suriyanın xarici işlər naziri Feysəl Miqdadın vətəndaş müharibəsi başlayandan bəri ilk dəfə Səudiyyə Ərəbistanına səfəri ilə başlayıb.

May ayında Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirləri Suriyanın təşkilata qaytarılmasını təsdiqləyiblər. Və elə həmin ay Suriya prezidenti Bəşər Əsəd uzun illərdən sonra ilk dəfə Ciddədə Ərəb Liqasının sammitində iştirak edib.

Ekspertlər qeyd ediblər ki, Ər-Riyadla Dəməşq arasında münasibətlərin normallaşmasına mane olan səbəblərdən biri də onun İranla sıx əlaqələri olub.

Səudiyyə Ərəbistanı İranla diplomatik münasibətləri 2016-cı ildə dayandırıb. Lakin bu ilin martında Tehran və Ər-Riyad Çinin vasitəçiliyi ilə onların bərpasına razılıq veriblər.

Mənbə: interfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir