Cəmiyyət

Pirotexniki vasitələr satan şəxslər aşkarlanıblar – FOTO/VİDEO

Sharing is caring!


Bərdə rayonunda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən ediliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib. Həmin şəxslərdən aşkarlanan külli miqdarda pirotexniki vasitələr götürülüb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Həmçinin, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması və qanunsuz saxlanılan silah-sursatın könüllü təhvil verilməsi istiqamətində tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Şəhriyar qəsəbəsində yerləşən mağazada pirotexniki vasitələrin satışını təşkil edən şəxs müəyyən edilib.  Mağazadan ümumilikdə 1260 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb. Obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi ) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Polis əməkdaşları tərəfindən yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını təşkil edən şəxs saxlanılıb.

Ondan ümumi dəyəri 20 min manatdan artıq olan müxtəlif növ pirotexniki vasitə götürülüb.

Həmin şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir