Cəmiyyət

Yol hərəkəti qaydalarını pozan şəxslərlə bağlı QƏRAR

Sharing is caring!

Konstitusiya Məhkəməsi yol hərəkəti qaydalarını pozan müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslərlə bağlı qərar qəbul edib.

Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Baş Prokurorluğun sorğusu əsasında “Yol hərəkəti haqqında” qanunun 35-1-ci maddəsinin həmin qanunun 33-cü, Cinayət Məcəlləsinin 263-1-ci və İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Qərarda deyilir ki, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan vətəndaşı və Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” qanunun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə həmin qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir.

Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslərin “Yol hərəkəti haqqında” qanunun 35-1-ci maddəsinin tələblərinin yerinə yetirilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilməsi Dövlət Miqrasiya Xidmətinə tövsiyə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir