İdman

Rekordlar təkrarlandı: “Qarabağ” “Neftçi”yə çatdı

Sharing is caring!


“Qarabağ” Azərbaycan Premyer Liqasının VIII turunda “Sumqayıt”a 5:0 hesabı ilə qalib gəlib.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, bu, Ağdam klubunun Azərbaycan çempionatlarında 138-ci böyükhesablı qələbəsi olub.

Bölgə təmsilçisi bu göstəricidə rekordçu olan “Neftçi”yə çatıb. Bakılılar da eyni sayda matçda böyük hesaba seviniblər.

“Qarabağ” həm də öz meydanında qazanılan belə qələbələrin sayında “Neftçi”yə çatıb. Hər iki komanda evdə 89 dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlib.

Qeyd edək ki, ağdamlılar ölkə çempionatlarında ilk böyükhesablı qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə qarşılaşmada əldə edib – 6:0.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir