Dünya

ABŞ-yə məxsus hərbi təyyarə Sakit okeanın sularına düşdü – VİDEO

Sharing is caring!


ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “P-8A Poseidon” patrul təyyarəsi Havay adalarının Kaneohe körfəzində qəzaya uğrayıb.

Bu barədə Birləşmiş Ştatların Dəniz Piyadaları Korpusunun rəsmiləri xəbər veriblər.

Məlumata görə, təyyarə hərbi aerodromun uçuş-eniş zolağına enməyə cəhd edərkən zolağı ötürüb və Sakit okean sularına düşüb. Həmin vaxt göyərtədə doqquz nəfər olub.

O da bildirilir ki, hərbçilər müxtəlif dərəcəli xəsarət alsalar da, sahilə özləri çıxa biliblər. Qəzanın baş vermə səbəbləri barədə araşdırmalara başlanılıb.

Mənbə: usni.org

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir