İdman

Premyer Liqa: Bu gün autsayderlər Gəncədə üz-üzə gələcəklər, “Zirə” səfər oyununa çıxacaq – CƏDVƏL

Sharing is caring!


Bu gün Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulacaq.

Oxu.Az-ın məlumatına görə, son gündə iki oyun keçiriləcək.

İlk görüş Gəncədə baş tutacaq. Autsayderlər “Kəpəz”lə “Qəbələ” birincilərin meydanında üz-üzə gələcəklər. “Qırmızı-qaralar” səfərdə qalib gəlməklə sonuncu pillədən qurtula bilər.

Lider “Zirə” mövsümə gözlənilməz nəticələrlə başlayan “Araz-Naxçıvan”ın qonağı olacaq. “Qartallar” vahid liderliyi əldən verməmək üçün “Dalğa Arena”dakı qarşılaşmada ən azı 1 xal almalıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Sumqayıt”ı 5:0, “Neftçi” “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib, “Səbail”lə “Sabah” (2:2) bərabərə qalıblar.

Premyer Liqa
VIII tur
1 oktyabr (bazar)

16:00. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Asiman Əzizli, Rəşad Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Gəncə şəhər stadionu

18:30. “Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Cəmil Quliyev, Kamran Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Dalğa Arena”

Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) – 5 qol, Aleksandr Ramalinqom (“Səbail”) – 4 qol.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir