İdman

Rafael Fiziyevlə Makqreqor arasında söz dueli: “Sənə necə təpik vurmağı göstərəcəyik” – FOTO/VİDEO

Sharing is caring!

Məşhur MMA döyüşçüsü, əslən azərbaycanlı olan Rafael Fiziyev sosial şəbəkələrdə UFC-nin qalmaqallı ulduzu Konor Makqreqorla söz duelinə çıxıb.

Döyüşçülər arasında dialoq Makqreqorun Rafael Fiziyevin döyüş texnikasını tənqid etdikdən sonra başlayıb.

“Ataman” ləqəbli idmançı isə irland döyüşçüyə birgə məşqi təklif edib və bildirib ki, məşqdə öz texnikasını nə qədər mükəmməl işlətdiyini sübut etməyə hazırdır.

“Konor, səni “Tayqer Muay-Tay” klubuna dəvət edirəm, burada sənə necə təpik vurmağı və düzgün müdafiə olunmağı göstərəcəyik ki, fantaziyalar dünyasında yaşamaqdan əl çəkəsən” – deyə Rafael Fiziyev vurğulayıb.

K.Makqreqor isə R.Fiziyevin təklifinə cavabında yazıb:

“Təklifin üçün təşəkkür edirəm. Taylandda olanda mütləq idman zalınıza baş çəkəcəyəm! Bunu hörmətsizlik kimi qəbul etmə, amma hələ bu idmanda əhəmiyyətli bir şey əldə etməmisən, ona görə də sənə qarşıdakı döyüşündə uğurlar arzu edirəm”.

Öz növbəsində Rafael Fiziyev birlikdə məşq etməyin hər iki idmançı üçün faydalı ola biləcəyini qeyd edib:

“İnanın, bizim düşərgədə məşq etsəniz, bu, sizin Dubaydakı məşqinizdən qat-qat yaxşı nəticə verər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir