İdman

AFFA İntizam Komitəsi “Neftçi”ni cərimələyib

Sharing is caring!


AFFA İntizam Komitəsi “Neftçi” klubunu 1300 manat cərimələyib.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, ağ-qaralar” Premyer Liqanın XIV turunda “Araz-Naxçıvan”la matç (1:1) başa çatdıqdan sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat cərimələnib.

Görüşün 90+3-cü dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə paytaxt təmsilçisi 500 manat cərimə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir