İdman

Azərbaycan güləşinin ağır artilleriyası – xalça üzərində tarix yazanlar – ŞƏRH

Sharing is caring!


Hazırda ölkəmizdə populyar olan yunan-Roma və sərbəst güləş zəngin tarixə və ənənələrə malikdir. Bunun təsdiqi üçün Azərbaycan güləş tarixini vərəqləmək kifayətdir. Özü də hər iki növdə milli güləşimizin əksər elementləri, fəndləri və mübarizə metodları əksini tapıb.

Ümumiyyətlə, milli güləşin elementlərinə Qobustan qayalarında, şifahi xalq ədəbiyyatında, klassik ədəbiyyatda və dastanlarda da rast gəlmək mümkündür. Bir sözlə, güləş xalqımızın qanında, canındadır və nəsillərdən nəsillərə ötürülür. İndi də toy və bayram şənliklərində qurşaq tutanlara rast gəlinir. Vaxtilə isə Azərbaycanda güləş yarışları əsasən xüsusi yerlərdə – Zorxanalarda təşkil olunurdu.

Ümumiyyətlə, Azərbaycanda güləş öz təşəkkülünü ikinci Dünya müharibəsindən sonra tapıb. “Kusturud” idman klubunun təşəbbüskarlarından və oradakı məşğələlərin iştirakçılarından olan Rza Baxşəliyev ölkəmizdə güləşin banilərindən sayılır. O, SSRİ-nin Əməkdar idman ustası, Azərbaycanın 20 qat çempionu olub. Onun məktəbinin yetirmələrindən böyük uğurlar qazanmış Musa Babayev, İbrahimpaşa Dadaşov, Muxtar Dadaşov və ilk dəfə 1952-ci ildə Helsinki Olimpiya Oyunlarında gümüş medala yiyələnən Rəşid Məmmədbəyovu nümunə göstərmək olar. Sonrakı dönəmlərdə isə Aydın İbrahimov, Rafiq Hacıyev, Xəzər İsayev, Arif Niftullayev və Məhyəddin Allahverdiyev kimi dünya şöhrətli pəhləvanlar üzə çıxdı.

Əlbəttə, məqsədimiz təkcə uzaq tarixə ekskurs deyil. Azərbaycan güləşinin müasir, müstəqillik dönəminə sığan bölümünə də işıq salacağıq. Müstəqilliyin ilk illərində də təmsilçilərimizin beynəlxalq arenalarda müəyyən uğurlarının şahidi olmuşuq. Daha böyük nailiyyətlər isə Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən, İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonraya təsadüf edir. Bunun da əsas səbəbi dövlət səviyyəsində nəinki güləşə, ümumiyyətlə, idmana göstərilən diqqət və qayğıdır. İdman uzun müddətdir ki, dövlətin xüsusi önəm verdiyi, prioritet sahələrdən biridir. Nüfuzlu yarışlarda sıralanan uğurları da məhz bu siyasətin məntiqi nəticəsi saymaq lazımdır.

Etiraf edək ki, Yay Olimpiya Oyunları, dünya və Avropa çempionatları təqvimdə əsas yarışlar sayılır. Bu səbəbdən adı çəkilən turnirlərdə qazanılan uğurların çəkisi daha ağırdır. Azərbaycan pəhləvanları da, az öncə qeyd etdiyimiz kimi, böyük nailiyyətlərə imza atıblar. Bir qədər sonra təqdim edəcəyimiz nəticələrə göz gəzdirərkən də bunun şahidi olmaq mümkündür. Əslində təmsilçilərimiz başqa nüfuzlu yarışlarda da uğurlu nəticələrlə güləş həvəskarlarını sevindiriblər. Yay Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında qazanılan gümüş və bürünc medalların sayı da kifayət qədərdir. Sadəcə, üstünlüyü Azərbaycan güləşinin ağır artilleriyasına – xalça üzərində tarix yazanlara verəcəyik. Bir sadə məntiqlə ki, qazanılan qızıl medal çempionluq, titul, Dövlət Himninin səsləndirilməsi və bayrağın qaldırılması deməkdir. Bunun isə xüsusi izaha ehtiyacı yoxdur.

Yay Olimpiya Oyunları

2000. Sidney

Namiq Abdullayev (54 kq) – sərbəst güləş

2004. Afina

Fərid Mansurov (66 kq) – yunan-Roma güləşi

2012. London

Toğrul Əsgərov (60 kq) – sərbəst güləş

Şərif Şərifov (84 kq) – sərbəst güləş

Dünya çempionatı

1963. Sofiya

Aydın İbrahimov (57 kq) – sərbəst güləş

1978. Mexiko

Arif Niftullayev (74 kq) – yunan-Roma güləşi

1985. Kolbotn

Məhyəddin Allahverdiyev (48 kq) – yunan-Roma güləşi

1986. Budapeşt

Məhyəddin Allahverdiyev (48 kq) – yunan-Roma güləşi

Xəzər İsayev (62 kq) – sərbəst güləş

1987. Klermon-Feran

Məhyəddin Allahverdiyev (48 kq) – yunan-Roma güləşi

2003. Nyu-York

Arif Abdullayev (60 kq) – sərbəst güləş

2007. Bakı

Fərid Mansurov (66 kq) – yunan-Roma güləşi

2009. Herninq

Mariya Stadnik (48 kq) – qadın güləşi

Yuliya Ratkeviç (59 kq) – qadın güləşi

Fərid Mansurov (66 kq) – yunan-Roma güləşi

2010. Moskva

Həsən Əliyev (60 kq) – yunan-Roma güləşi

Xetaq Qazyumov (96 kq) – sərbəst güləş

2011. İstanbul

Rövşən Bayramov (55 kq) – yunan-Roma güləşi

Şərif Şərifov (84 kq) – sərbəst güləş

2014. Daşkənd

Hacı Əliyev (61 kq) – sərbəst güləş

2015. Las Veqas

Hacı Əliyev (61 kq) – sərbəst güləş

Rəsul Çunayev (71 kq) – yunan-Roma

2017. Paris

Hacı Əliyev (61 kq) – sərbəst güləş

2018. Budapeşt

Eldəniz Əzizli (55 kq) – yunan-Roma güləşi

2019. Nur-Sultan

Mariya Stadnik (50 kq) – qadın güləşi

2021. Oslo

Rafiq Hüseynov (82 kq) – yunan-Roma güləşi

2022. Belqrad

Eldəniz Əzizli (55 kq) – yunan-Roma güləşi

2023. Belqrad

Eldəniz Əzizli (55 kq) – yunan-Roma güləşi

Rafiq Hüseynov (82 kq) – yunan-Roma güləşi

Avropa çempionatı

1966. Karlsrue

Aydın İbrahimov (57 kq) – sərbəst güləş

1970. Berlin

Rafiq Hacıyev (48 kq) – sərbəst güləş

1984. Yönköpinq

Məhyəddin Allahverdiyev (48 kq) – yunan-Roma güləşi

1986. Saloniki

Xəzər İsayev (62 kq) – sərbəst güləş

1987. Veliko Tırnovo

Xəzər İsayev (62 kq) – sərbəst güləş

1993. İstanbul

Natiq Eyvazov (52 kq) – yunan-Roma

1994. Roma

Namiq Abdullayev (52 kq) – sərbəst güləş

1995. Fribur

Namiq Abdullayev (52 kq) – sərbəst güləş

Məhəmməd İbrahimov (82 kq) – sərbəst güləş

1996. Budapeşt

Məhəmməd İbrahimov (82 kq) – sərbəst güləş

2002. Bakı

Nazim Əlicanov (55 kq) – sərbəst güləş

2003. Riqa

Namiq Abdullayev (55 kq) – sərbəst güləş

2005. Varna

Vitali Rəhimov (60 kq) – yunan-Roma güləşi

2007. Sofiya

Rövşən Bayramov (55 kq) – yunan-roma güləşi

2008. Tampere

Mariya Stadnik (48 kq) – qadın güləşi

Rövşən Bayramov (55 kq) – yunan-Roma güləşi

2009. Vilnüs

Mariya Stadnik (48 kq) – qadın güləşi

Zəlimxan Huseynov (60 kq) – sərbəst güləş

Çamsulvara Çamsulvarayev (74 kq) – sərbəst güləş

Xetaq Qazyumov (96 kq) – sərbəst güləş

Əli İsayev (120 kq) – sərbəst güləş

2010. Bakı

Mahmud Məhəmmədov (55 kq) – sərbəst güləş

Elçin Əliyev (55 kq) – yunan-Roma güləşi

Həsən Əliyev (60 kq) – yunan-Roma güləşi

Sona Əhmədli (59 kq) – qadın güləşi

Nadejda Semyontsova (67 kq) – qadın güləşi

Cəbrayıl Həsənov (66 kq) – sərbəst güləş

Xetaq Qazyumov (96 kq) – sərbəst güləş

2011. Dortmund

Mariya Stadnik (48 kq) – qadın güləşi

Yuliya Ratkeviç (59 kq) – qadın güləşi

Nadejda Semyontsova (67 kq) – qadın güləşi

Cəbrayıl Həsənov (66 kq) – sərbəst güləş

Rafiq Hüseynov (74 kq) – yunan-Roma güləşi

Xetaq Qazyumov (96 kq) – sərbəst güləş

2012. Belqrad

Elçin Əliyev (55 kq) – yunan-Roma güləşi

Toğrul Əsgərov (60 kq) – sərbəst güləş

2014. Vantaa

Mariya Stadnik (48 kq) – qadın güləşi

Hacı Əliyev (61 kq) – sərbəst güləş

Ruslan Dibirhacıyev (70 kq) – sərbəst güləş

2016. Riqa

Mariya Stadnik (48 kq) – qadın güləşi

Nataliya Sinişin (58 kq) – qadın güləşi

2017. Novi Sad

Mariya Stadnik (48 kq) – qadın güləşi

Georgi Edişeraşvili (57 kq) – sərbəst güləş

2018. Kaspiysk

Mariya Stadnik (50 kq) – qadın güləşi

Eldəniz Əzizli (55 kq) – yunan-Roma güləşi

Georgi Edişeraşvili (57 kq) – sərbəst güləş

Hacı Əliyev (65 kq) – sərbəst güləş

2019. Buxarest

Hacı Əliyev (65 kq) – sərbəst güləş

Cəbrayıl Həsənov (79 kq) – sərbəst güləş

Şərif Şərifov (92 kq) – sərbəst güləş

Elis Manolova (65 kq) – qadın güləşi

2020. Roma

Sənan Süleymanov (77 kq) – yunan-Roma güləşi

Rafiq Hüseynov (82 kq) – yunan-Roma güləşi

2021. Varşava

Mariya Stadnik (50 kq) – qadın güləşi

2022. Budapeşt

Eldəniz Əzizli (55 kq) – yunan-Roma güləşi

Rafiq Hüseynov (82 kq) – yunan-Roma güləşi

Maqomedxan Maqomedov (97 kq) – sərbəst güləş

2023. Zaqreb

Əliabbas Rzazadə (57 kq) – sərbəst güləş

Hacı Əliyev (70 kq) – sərbəst güləş

Həsrət Cəfərov (67 kq) – yunan-Roma güləşi

Ülvi Qənizadə (72 kq) – yunan-Roma güləşi

Siyahıdan göründüyü kimi, Azərbaycan pəhləvanları Yay Olimpiya Oyunlarında 4, dünya çempionatlarında 23, Avropa çempionatlarında 62 qızıl medal qazanıblar. Yola saldığımız 2023-cü ilin nəticələri də ürəkaçandır. Son qitə və dünya çempionatında qeydə alınan nəticələr gələcəyə ümidlə baxmağa əsas verir. Ən köklü, eyni zamanda milli idman növümüz olan güləş həqiqətən etibarlı əllərdədir. Bunu yeniyetmə və gənclər arasında təşkil olunan nüfuzlu yarışlarda qazanılan uğurlar da sübut edir. Bir sözlə, Azərbaycan güləşinin ağır artilleriyasının – xalça üzərində tarix yazanların sıralarının illər ötdükcə daha da genişlənəcəyinə şübhə etməyə dəyməz.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir