Dünya

Həbsdə olan güneyli milli fəalın ailəsi etiraz aksiyası keçirdi – VİDEO

Sharing is caring!


Həbsdə olan güneyli milli fəal Yoruş Mehrəlinin ailəsi etiraz aksiyası keçirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, güneyli məhbusun qardaşı Taymaz Mehrəli övladına Huntay adı qoyduğu üçün İran hökuməti uşağa doğum şəhadətnaməsi vermir. Bununla əlaqədar olaraq Mehrəli ailəsi əllərində “Mənim adım Huntaydır” yazılı plakatlarla Qeydiyyat İdarəsi qarşısında toplaşaraq aksiya keçiriblər. Onlar güneyli sakinlərin ad seçmə hüququndan məhrum edildiklərini bildiriblər.

Aksiyaçılar həmçinin həbs olunan milli fəalların, o cümlədən Yoruşun azadlığa buraxılmasını tələb ediblər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir