İdman

Serxio Ramosun evi qarət olunub

Sharing is caring!


İspaniyanın “Sevilya” klubunun futbolçusu Serxio Ramosun evi qarət olunub.

Hadisə sentyabrın 20-də Əndəlus təmsilçisinin UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunda Fransa “Lans”ına qarşı ev oyunu (1:1) zamanı baş verib.

Həmin vaxt evdə 37 yaşlı müdafiəçinin dörd övladı və onların iki müəllimi olub. Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, Serxio Ramos bu yay Fransanın PSJ klubundan 18 il əvvəl formasını geyindiyi “Sevilya”ya qayıdıb.

Mənbə: france24.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir