Dünya

ABŞ-da yük maşınında ölən miqrantların sayı 53-ə çatıb: Sürücünü ömürlük həbs cəzası gözləyir

Sharing is caring!

ABŞ-ın San Antonio şəhərində (Texas ştatı) yük avtomobilində havasızlıqdan boğularaq ölən miqrantların sayı 53-ə çatıb.

ABŞ Ədliyyə Nazirliyi məlumat verir ki, miqrantların ölümünə səbəb olan yük maşınının sürücüsü və onun şəriki artıq saxlanılıb. Onları ömürlük həbs cəzası gözləyir.

Qeyd olunur ki, ölən 53 nəfərdən 27-i Meksika, 14-ü Honduras, 7-si Qvatemala vətəndaşıdır.

Miqrantlar Meksikadan qeyri-qanuni yolu ilə ABŞ-a gətirilib.

Mənbə: RT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir