İdman

Avropa Liqası: “Qarabağ” qrupda ilk oyuna çıxır – AFİŞA

Sharing is caring!


Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da qrupda ilk oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika stadionunda Norveçin “Molde” klubunu qəbul edəcək. Saat 20:45-də başlayacaq görüş “CBC Sport”da canlı yayımlanacaq.

Qrupun digər matçında “Bayer” (Almaniya) “Hakken”i (İsveç) qəbul edəcək. Bu qarşılaşma da eyni saatda başlayacaq.

Avropa Liqası

Qrup mərhələsi

I tur

H qrupu

21 sentyabr

20:45. “Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç)

Baş hakim: Con Biton (Şotlandiya)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir