İdman

Azərbaycan parataekvondoçuları Qran-pridə iki qızıl və bir bürünc medal qazanıblar

Sharing is caring!


Azərbaycan parataekvondoçuları Meksikanın Verakrus ştatında keçirilmiş Qran-pridə üç medal qazanıblar.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, baş məşqçi Fərid Tağızadənin yetirmələrindən İmaməddin Xəlilov (70 kq) və Sabir Zeynalov (58 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olublar.

Yığmanın hesabına digər mükafatı Əbülfəz Abuzərli (80 kq) yazdırıb. O, bürünc medala yiyələnib.

Qeyd edək ki, idmançılar eyni məkanda dünya çempionatına da qatılacaqlar. Mundial sentyabrın 21-24-də baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir