Dünya

Rusiyada yaşayış binasında partlayış baş verib: Ölən və zərərçəkənlər var – FOTO/VİDEO

Sharing is caring!


Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiyanın Balaşixa şəhərində doqquzmərtəbəli yaşayış binasında qaz partlayıb.

Saat 08:30-da Balaşixa şəhəri, Oktyabr küçəsi, 10 ünvanında yerləşən mənzilin 4-cü mərtəbəsində yerləşən yaşayış binasında qaz-hava qarışığının partlaması barədə siqnal daxil olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bir nəfər ölüb, ən azı üç nəfər xəsarət alıb, iki nəfər dağıntılar altında qalıb.

İdarənin mətbuat xidmətindən zərərçəkənlərin olduğu barədə məlumat verilib. İdarədən, həmçinin aydınlaşdırıblar ki, hadisə yerində 26 nəfər və 8 texnika işləyir, onlardan 7 nəfər və 2 texnika Fövqəladə Hallar Nazirliyinə məxsusdur.

Partlayış yerindəki dağıntılar altından ana və uşaq çıxarılıb. Onlara köməklik göstərilir.

Partlayışın episentrinin olduğu mərtəbələrdən beton plitələr aşağıda yerləşən mərtəbələrin üzərinə çöküb. Orada insanların qaldığı ehtimal olunur.

Balaşixa şəhərinin rəhbəri Sergey Yurov hadisə yerinə gəlib. Göstərilən xidmətlərin təhlükəsizlik tələblərinə cavab verməməsi ilə bağlı cinayət işi açılıb.

Son məlumatlara görə, üç mərtəbə uçub, iki eyvan dağılıb.

“Birinci bölmə gəldikdən sonra 3, 4 və 5-ci mərtəbələrdə plitələrin üçması müşahidə edilir. İlkin məlumata görə, iki eyvan dağılıb”, – deyə mətbuat xidmətindən bildirilib.

Mənbə: TASS

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir