Cəmiyyət

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Xankəndi – Bakı ultramarafonunu yüksək qiymətləndirib

Sharing is caring!


Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov Xankəndi – Bakı ultramarafonu ilə bağlı fikirlərini bildirib.

“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, o, tədbiri yüksək qiymətləndirib.

Nazirlik rəsmisi tarixi an yaşandığını bildirib: “Hamımız bir yerdə tarixi hadisəni yaşayırıq. Təşkilatçılara, yarış iştirakçılarına, media nümayəndələrinə təşəkkürümüzü bildiririk. Ultramarafonun iştirakçılarını martın 4-də finişdə qarşılayacağıq”.

Elnur Məmmədov ultramarafonun “İdman həftəsi” çərçivəsində həyata keçirildiyini söyləyib:

“Dünən artıq bir neçə tədbir baş tutdu. Martın 5-nə qədər bu tədbirlər davam edəcək. Şəhidlərin və qazilərin övladları üçün xüsusi tədbir olacaq, qanvermə aksiyası baş tutacaq”.

Qeyd edək ki, ultramarafon iştirakçıları Xankəndi – Yevlax (83 km), Yevlax – Ucar (84 km), Ucar – Hacıqabul (88 km), Hacıqabul – Qobustan (70 km) və Qobustan – Bakı (55 km) mərhələlərini keçməklə, ümumilikdə 380 km məsafə qət edəcək və martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir