İdman

Azərbaycanlı futbolçu Türkiyə klubuna qələbə qazandırdı

Sharing is caring!


Azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadə Türkiyə klubu “Tuzlaspor”a qələbə qazandırıb.

“Report”un məlumatına görə, müdafiəçi I Liqanın V turunda “Adanaspor”la görüşdə fərqlənərək, buna nail olub.

90 dəqiqəni əvəzlənmədən keçirən Həsənalızadənin 70-ci dəqiqədə vurduğu qol “Tuzlaspor”a doğma arenasında 3 xal bəxş edib – 2:1.

Bununla mövsümdə ilk qələbəsini qazanan “Tuzlaspor” hesabındakı 3 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir