İdman

Milan derbisində darmadağın – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasının IV turunda Milan derbisi baş tutub.

Oxu.Az xəbər verir ki, “İnter” “Cüzeppe Meatsa”da nominal meydan sahibi kimi şəhərin eyniadlı komandasını qəbul edib.

Qarşılaşma “nerazzuri”nin darmadağını ilə başa çatıb – 5:1.

Hesabı beşinci dəqiqədə Henrix Mxitaryan açıb. 38-ci dəqiqədə Markus Türam “İnter”in üstünlüyünü iki topa çatdırıb. 57-ci dəqiqədə Rafael Leau “Milan”ı ümidləndirən qolu vursa da, bu, təsəllidən başqa bir şey olmayıb. 69-cu dəqiqədə Mxitaryan dubl edib. 10 dəqiqə sonra Hakan Çalhanoğlu penaltini dəqiq yerinə yetirməklə fərqi üç topa çatdırıb. 90+3-cü dəqiqədə isə David Frattezi matçda son nöqtəni qoyub.

Dörd oyundan sonra maksimum nəticə göstərən – 12 xal toplayan “İnter” vahid liderdir. “Milan” isə doqquz xalla üçüncüdür.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir