Dünya

Zelenski Rusiyaya qarşı təzyiqləri artırmağa çağırdı

Sharing is caring!

Ukrayna prezidenti Volodimir Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə danışıb.

Bu barədə dövlət başçısı “Twitter” səhifəsində məlumat yayıb.

“Kanadanın baş naziri Castin Trüdo ilə danışdım. Ona daimi güclü müdafiə dəstəyinə görə təşəkkür etdim. Bir daha bəyan etdim ki, sanksiyalarla bağlı beynəlxalq mövqe prinsipial olmalıdır. Vinnitsa, Nikolayev, Çasovoy Yar və digərlər şəhərlərdə terror aktlarından sonra Rusiyaya qarşı təzyiqlər azaldılmalı deyil, artırılmalıdır”, – Zelenski bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir