Cəmiyyət

Qarabağa səfər edən isveçli səyyah: “Belə dağıntıları heç yerdə görməmişəm”

Sharing is caring!


“Qarabağın dağları İsveçi xatırladır”.

“Report”un Cəbrayıla ezam olunan əməkdaşı xəbər verir ki, bunu işğaldan azad olunmuş ərazilərdə səfərdə olan isveçli səyyah Andreas Frik (Andreas Frick) jurnalistlərə açıqlamasında deyib.

“Düz İranla sərhəddə, Azərbaycanı bu ölkə ilə birləşdirən Xudafərin körpüsünün yaxınlığında olmaq çox maraqlıdır. Mən körpünün o tayında, İranda həyatın necə olduğunu görmək istərdim”, – o bildirib.

Səyyah Qarabağın böyük turizm potensialına malik olduğunu söyləyib.

“Mən 100 ölkəyə səfər etmişəm. Bir çox yerlərdə, münaqişə zonalarında xarabalıqları görmüşəm. Məsələn, Srebrenitsa hadisələrinin baş verdiyi Bosniya və Herseqovinada olmuşam. Amma belə dağıntıları heç yerdə görməmişəm. Burada daş üstə daş qalmayıb”, – o deyib.

Xatırladaq ki, “Club 100”ün İdarə Heyətinin üzvü Bengt Hildebrandın rəhbərlik etdiyi səyyahlar qrupu Qarabağ və Şərqi Zəngəzurda səfərdə olub.

Bu gün başa çatacaq üçgünlük səfər çərçivəsində səyyahlar Füzuli, Horadiz, Ağdam, Laçın, Zəngilan və Cəbrayıl rayonlarına baş çəkiblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir