İdman

“Bavariya” “Bayer”lə “sülh”ə razılaşdı – VİDEO

Sharing is caring!


Almaniya Bundesliqasının 4-cü turunda “Bavariya” səfərdə Leverkuzen “Bayer”ini qəbul edib. Münhendəki “Allianz Arena” stadionunda keçirilən oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçda hesabı yeddinci dəqiqədə “Bavariya” açıb. Harri Keyn Almaniya çempionatında dördüncü, klub karyerasında isə 300-cü qolunu başı ilə qapıya vurub. 24-cü dəqiqədə qonaqlar tabloda tarazlığı bərpa edə biliblər. Uzun müddət rəqiblər vəziyyəti dəyişə bilməsələr də, matçın sonu qarşılıqlı qollarla yadda qalıb. Əvvəlcə “Bavariya” fərqlənib, əlavə vaxtda isə “Bayer” məğlubiyyətdən xilas olub.

Beləliklə, “Bavariya” mövsümün əvvəlindən bəri ilk səhvini edib və Almaniya çempionatının vahid lideri olmaq şansını əldən verib. Artıq iki komandanın hərəyə 10 xalı var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir