Cəmiyyət

Bakıda avtomobil piyadanı vurub öldürdü – FOTO

Sharing is caring!


Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə “Koroğlu” metrostansiyasının yaxınlığında qeydə alınıb.

“Opel” markalı minik avtomobili hərəkətdə olarkən orta yaşlı kişi qəfil yola çıxıb. Bu zaman sürücü idarəetməni tənzimləyə bilməyərək piyadanı vurub.

Hələ ki, şəxsiyyəti müəyyən edilməyən piyada hadisə yerində ölüb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir