İdman

De Byazi özünü Mançini və Spalletti ilə müqayisə etdi: “Mənim Azərbaycan millisində problemlərim daha çoxdur”

Sharing is caring!


Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlama verib.

Mütəxəssis ölkəmizdə işləməyin çətin olduğunu deyib:

“Üç ildir, Azərbaycan millisinin baş məşqçisiyəm. Burada vəziyyət çətindir. Çempionatda cəmi 10 komanda var. Futbol Azərbaycanda ən vacib idman növü deyil. Mənim problemlərim Spalletti və Mançininin İtaliya millisindəki problemlərindən daha çoxdur. Buradakı yerli mentalitet və mədəniyyət İtaliyadan çox fərqlidir. Azərbaycanda fərdilik o qədər üstünlük təşkil edir ki, bu ölkədə ən güclü idmançılar komanda deyil, fərdi idman növlərinin nümayəndələridir”.

Qeyd edək ki, De Byazi 2020-ci ildən Azərbaycan millisinin baş məşqçisidir.

Mənbə: retesport.it

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir