İdman

Futbol üzrə beş liqa üçün iclas keçiriləcək

2020/2021-ci illər mövsümü üzrə U-10, U-11, U-12, Coca Cola U-13 və U-14 liqalarında iştirak etmək istəyən region komandaları ilə ZOOM proqramı üzərindən onlayn iclas keçiriləcək.

Bu barədə AFFA-nın saytı məlumat yayıb.

Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsi sentyabrın 8-dən etibarən bu prosesə start verəcək. İclasda liqalarda iştirak qaydaları, qeydiyyat prosesləri ətraflı izah olunacaq, təklif və müzakirələr aparılacaq.

Qeyd edək ki, U-19 Gənclər Liqasına oktyabrın 3-də start verilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir