İdman

Aleksandr Tarakanov: “Dünya çempionatında qızıl medal qazanmaq xüsusi önəm kəsb edir”

Sharing is caring!


Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatından gözləntilərini açıqlayıb.

Oxu.Az xəbər verir ki, rusiyalı mütəxəssis jurnalistlərə açıqlamasında ötənilki mundialdan daha yaxşı nəticə gözlədiklərini bildirib:

“Həm evdə, həm də ölkə xaricində ağır təlim-məşq toplanışları keçdik. Dünya çempionatına hazırlaşmaqda bizə hər cür şərait yaradan Azərbaycan Güləş Federasiyasının prezidentinə təşəkkürümü bildirirəm. Dünya çempionatından mümkün qədər çox olimpiya lisenziyası ilə qayıtmaq istəyirik. Bu yarışdan sonra daha çox lisenziyalı turnirlər olacaq. Uşaqlar mundiala yaxşı kökləniblər. Qızıl medal qazanmaq xüsusi önəm kəsb edir. Uşaqlar özlərinə və bizə inanırlar ki, biz düzgün yoldayıq. Ötənilki dünya çempionatının nəticəsini yaxşılaşdırmaq istəyirik”.

Qeyd edək ki, sentyabrın 16-24-ü aralığında keçiriləcək dünya çempionatına Azərbaycan 10 yunan-Roma güləşçisi ilə qatılacaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir