İdman

AFFA erməni təxribatı ilə bağlı bəyanat yayıb

Sharing is caring!


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Ermənistan və Xorvatiya yığmaları arasında oynanılmış AVRO-2024-ün seçmə mərhələ oyununda baş verən hadisə ilə bağlı bəyanat yayıb.

Milli assosiasiyanın bəyanatını təqdim edirik:

“11 sentyabr 2023-cü il tarixində AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutmuş Ermənistan-Xorvatiya oyununun 35-ci dəqiqəsində dron vasitəsilə qondarma rejimin “bayrağı”nı stadionun oyun keçirilən ərazisində nümayiş etdirilməsini böyük şiddətlə qınayır və Ermənistan Futbol Federasiyasını bu cür əməllərin qarşısını almaq, o cümlədən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ləkə atan digər əməlləri önləmək, öz azarkeşlərini bu əməllərdən çəkindirmək məqsədilə tədbirlər görməsini tələb edirik.

Həmçinin bildiririk ki, ilk dəfə deyildir ki, sözügedən əməllər törədilir. Biz AFFA olaraq futboldan siyasi alət kimi istifadə olunmasına yönələn bütün növ hərəkətlərə qarşı UEFA və digər üstqurumlar qarşısında öz şikayətlərimizi bildiririk və bildirəcəyik. Sözügedən məsələ ilə bağlı UEFA-ya müraciət edərək qurumun ədalətli şəkildə qərar qəbul edəcəyinə ümid edirik.

Bir daha qeyd edirik ki, idman oyunları siyasi əməllərə alət edilməməlidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir