İdman

Azərbaycan poloçuları möhtəşəm qələbə ilə finala yüksəldilər – FOTO

Sharing is caring!


Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması qələbə seriyasını inamla davam etdirir.

Sentyabr ayının 9-da komandamız yarımfinal mərhələsində Avstriya yığması ilə qarşılaşıb və növbəti qələbəyə imza ataraq finala vəsiqə qazanıb.

Mübarizəyə handikap fərqinə görə (6-8) 1,5 top fərqiylə geridə başlayan millimiz ümumilikdə 6 qol vuraraq 6-3,5 hesabı ilə rəqibini darmadağın etməyi bacarıb.

Rəqib komandanın qapısından zərbələrin üçünü Tərlan Qurbanəliyev, birini Elçin Camallı və ikisini Joakin Kopello keçirib.

Turnirin Almaniya ilə İspaniya arasında keçirilən digər yarımfinal oyununda 7-5  hesabıyla ispanlar qalib olublar.

Azərbaycan və İspaniya yığmaları arasında baş tutacaq çempionatın final oyunu 10 sentyabr tarixində keçiriləcək.

Xatırladaq ki, çempionatın ilk oyununda yığmamız gərgin mübarizədə 6:5 hesabı ilə İspaniya yığmasına qalib gəlmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir