İdman

Coşqun Diniyev: “Millidə oynamaq hər bir oyunçu üçün şərəfdir”

Sharing is caring!


“Millidə oynamaq hər bir oyunçu üçün şərəfdir. Sabah xalqımızı yaxşı nəticə ilə sevindirəcəyimizə ümid edirəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Belçika yığmasına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında deyib.

Türkiyənin “Ümraniyespor” klubunda çıxış edən 28 yaşlı yarımmüdafiəçi qonşu ölkədə oynamasının fiziki formasına yaxşı təsir etdiyini bildirib:

“Fiziki cəhətdən böyük fərq var. Orada keçdiyim hazırlığa görə indi özümü daha hazırlıqlı hesab edirəm. Belçika kimi komandaya qarşı 90 dəqiqə tab gətirmək üçün atletik cəhətdən tam hazır olmaq lazımdır”.

Qeyd edək ki, sabah “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir