İdman

“Neftçi” üç futbolçusunu icarəyə verdi

Sharing is caring!


“Neftçi” üç futbolçusunu birillik icarəyə verib.

Bu barədə paytaxt klubu məlumat yayıb. Bildirilir ki, Vüsal Əsgərov və Seymur Əliyev “İrəvan”da, Xəyal Nəcəfov “Turan Tovuz”da çıxış edəcək.

“Turan Tovuz” klubu ilə icarə müqaviləsinin müddəti başa çatan futbolçu Turan Vəlizadə isə “Neftçi-2”nin düşərgəsindədir.

Digər futbolçulardan Asim Əlizadə ilə başa çatan müqavilənin müddəti artırılmayıb, Elşad Tağıyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Ötən mövsüm əsas komandanın heyətində rəsmən debüt etmiş Ömər Qurbanov isə “Zirə”yə transfer olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir