Dünya

Ukraynada yüksək vəzifəli şəxs rüşvət alarkən saxlanılıb

Sharing is caring!

Ukrayna Milli Antikorrupsiyaya Bürosunun apardığı araşdırmalar nəticəsində Ukraynanın İcma, Ərazi və İnfrastrukturun İnkişafı üzrə nazirliyinin rəhbər səlahiyyətlərini müvəqqəti icra edən Vasili Lozinskini saxlanılıb.

Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Məlumata görə, Vasili Lozinskini 400 min dollar məbləğində rüşvət alarkən saxlanılıb.

Ukraynalı məmura cinayət məcəlləsinin iki maddəsi ilə cinayət işi açılıb.

Belə ki, Vasili Lozinski vəzifə səlahiyyətlərindən sui-istifadədə və vəzifəli şəxs tərəfindən külli miqdarda pul və ya qanunsuz mənfəət əldə etmədə ittiham edilir.

Qeyd edək ki, Vasili Lozinski bu vəzifəyə 2022-ci ilin noyabrında təyinat alıb.

Mənbə: Censor.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir