İdman

Canni De Byazi: “Azərbaycan yığmasının səviyyəsi o qədər yüksək olmasa da…”

Sharing is caring!


Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə oyundan öncə açıqlama verib.

İtaliyalı mütəxəssis yarışın əsas mərhələsində iştirak etməyin çətin olduğunu deyib:

“Düşünürəm ki, Almaniyada keçiriləcək Avropa çempionatının əsas mərhələsinə çıxmaq çətin olacaq. Azərbaycan yığmasının səviyyəsi o qədər yüksək olmasa da, ildən-ilə daha da yaxşılaşır. Keyfiyyətli oyunçularımız var. Problem odur ki, seçim şansımız azdır.

Belçika böyük ulduzları olan komandadır. Onların tanınmış futbolçuları var. Bizim futbolçular yerli çempionatda oynadıqları üçün rəqibə qarşı mübarizə aparmaq çətin olacaq. Buna baxmayaraq, təslim olmuruq. Oyunumuzu oynayacağıq və hədəflərimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, Azərbaycan yığması sentyabrın 9-da Belçika ilə qarşılaşacaq.

Mənbə: voetbalgokken.nl

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir