Cəmiyyət

“Bağça direktoru təyin edəcəyəm” deyərək qadından 10 min manat aldı

Sharing is caring!


Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Sadiq Qarayevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, Sadiq Qarayevin iki il müddətinə azadlıqdan məhrumetmə cəzası iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb. İttihama görə, Sadiq Qarayev özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Əhəd Abdullayevə (şərti) özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib. O, həmin şəxsin vasitəsilə tanıdığı Zəfər Əliyevin (şərti) qohumu, zərərçəkmiş Zəminə Əsədovanın 30 000 manat pulun müqabilində Sumqayıt şəhərində yerləşən 37 saylı bağçaya direktor vəzifəsinə təyin edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib. Sadiq onun 10 000 manatını 14 saylı notariat kontorunda 25 dekabr 2021-ci il tarixdə, saat 11:30 radələrində borc müqaviləsi bağlamaqla ələ keçirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir