Kriminal

Bakıda qadın avtomobil qəzasında ölüb

Sharing is caring!


Bakının Nərimanov rayonunda qadın avtomobil qəzası zamanı ölüb.

“Report” xəbər verir ki, 21 fevral 2024-cü il tarixdə saat 08 radələrində 1984-cü il təvəllüdlü Emil Qəzənfər oğlu Mehtiyev Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 20 ünvanın qarşısında hərəkətdə olarkən idarə etdiyi “Mazda” markalı avtomobil ilə yolu keçən piyada 1967-ci il təvəllüdlü Yaqut Əbdülqasım qızı Rzaquliyevanı vurub. Piyada almış olduğu xəsarətlərlə bağlı yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdə ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir