İdman

Yeni transferdən ilk açıqlamalar: “Neftçi”yə keçidim gözlənilməz və sürətli oldu”

Sharing is caring!


“Neftçi”nin yeni transferi Reziuan Mirzov klubun televiziyasına müsahibə verib.

Rusiyalı cinah oyunçusu “ağ-qaralar”a keçidi barədə fikirlərini bölüşüb:

“Səmimi qəbul üçün təşəkkür edirəm. Bu keçid gözlənilməz və sürətli oldu. Klub həqiqətən, mənimlə maraqlanırdı. Rəhbərlik bu keçidi tez zamanda həll etmək üçün demək olar, hər şeyi etdi”.

Mirzov “Neftçi”dən təklif gələndən sonra heç kimlə məsləhətləşmədiyini söyləyib:

“Çox xoş təəssüratlarım var. Çünki “Neftçi” tarixi ənənələrə malik böyük klubdur. Dərhal qərar verdim ki, buraya gəlməliyəm. Açığı, “Neftçi”yə keçməklə bağlı heç kimlə məsləhətləşməmişəm. “Spartak”da olarkən Avstriyadakı təlim-məşq toplanışında “Neftçi” ilə oynamışdıq. Elə orada Emin Mahmudovla “Neftçi” barədə danışmışdıq. Solomon Kverkeliya da burada oynayırdı. Onu az tanıyıram, komanda barədə bir az danışmışdıq. Prinsipcə, hər bir halda buraya gəlmək mənim üçün prioritet idi”.

30 yaşlı futbolçu komandada rəqabətin böyük olduğunu deyib:

“Rəqabət səni artırmağa və inkişaf etməyə vadar edir. Bütün komandalarda rəqabət var. Düşünürəm ki, bu yaxşı haldır. Sadəcə özünü sübut etmək və işləmək lazımdır”.

Mirzov “Neftçi”ni seçmə səbəbindən və azarkeşlərdən də söz açıb:

“Düzünü desəm, əvvəlki klubumla müqaviləm başa çatdığı üçün özümü Rusiyada deyil, xaricdə sınamaq qərarına gəldim. Rusiyada 10 il yaxşı səviyyədə oynamışam. Ona görə düşündüm ki, indi deyilsə, nə vaxt? Qərar verdim ki, buraya gəlməliyəm.

Bütün azarkeşlərə və özümüzə arzu edirəm ki, klub rəhbərliyinin qarşımıza qoyduğu tapşırıqları yerinə yetirək. Komandanın ənənələrinə uyğun gələn yüksək göstəricilərlə azarkeşlərimizi şad edək. Qoy onları oyunumuzla, nəticələrimizlə sevindirək və birlikdə bizdə hər şey uğurlu alınsın”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir