İdman

“Zəngəzur”un oyunçusu: “Yeni komandada baş məşqçi ola bilmərəm”

Sharing is caring!


“Minifutbol ölkəmizdə inkişaf edib. Təklif gələn kimi dəyərləndirdim”.

“Report” xəbər verir ki, bunu Azərbaycanı minifutbol üzrə UEFA Avropa Kubokunda təmsil edəcək “Zəngəzur”un oyunçusu Əfran İsmayılov deyib.

O, burada iştirak etməyi çox istədiyini bildirib:

“Araz-Naxçıvan” klubu icazə verdiyi üçün onlara təşəkkür edirəm. Orada köməkçi məşqçi kimi çalışıram. Bütün komandalarımıza avrokuboklarda uğurlar arzulayıram. Minifutbola əvvəldən marağım var idi. Komandanın uğurları üçün nə lazımdırsa, edəcəyik. Formaya düşsək, yaxşı nəticə də qazana bilərik. Bu, sevdiyim peşədir. Mən maddiyyatı düşünmürəm. Dəvət göndəriblərsə, mütləq kömək edəcəyəm”.

İsmayılov minifutbol komandası yaradacağını və Azərbaycan çempionatında mübarizə aparacağını sözlərinə əlavə edib:

“Rauf Əliyev və Rahid Əmirquliyev kimi sabiq futbolçular komandamızda yer alacaqlar. Layiqli şəkildə çıxış etmək istəyirik. Oyunçular məni gözləyirlər. Yeni komandada baş məşqçi ola bilmərəm. Bizə mütləq minifutbolu bilən mütəxəssis lazımdır. Çünki bu idman növünün öz incəlikləri var”.

Komandanın baş məşqçisi Əjdər Əjdərov hazırlıqlarının qısa çəkdiyini söyləyib:

“Heyətə yeni oyunçular da cəlb etmişik. Yaxşı nəticə üçün çalışacağıq”.

Qeyd edək ki, “Zəngəzur” UEFA Avropa Kubokunun A qrupunda “Qalaktiko Vratsa” (Bolqarıstan), TMT (Yunanıstan) və “Veşka Olomuts” (Çexiya) ilə üz-üzə gələcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir