İdman

Orxan Hüseynov: “Bu il avrokuboklarda yaxşı nəticə əldə etmək şansımız çoxdur”

Sharing is caring!


“Təmsilçilərimizin bu il avrokuboklarda yaxşı nəticə əldə etmək şansı çoxdur”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov deyib.

O, minifutbol üzrə UEFA Çempionlar Liqasının 2017-ci ildən təşkil olunduğunu xatırladıb:

“İlk dəfə 2018-ci ildə təmsilçimiz orada mübarizə aparıb. Sonrakı illərdə isə müəyyən səbəblərdən qatıla bilmədik. 2022-ci ildə “Birbaşa Bakı” 1/4 finala qədər irəliləmişdi. Bu il klublarımızın daha yaxşı çıxış edəcəyinə inanıram”.

Federasiya rəsmisi futbol klublarına minifutbol komandalarının yaradılması üçün müraciət etdiklərini də diqqətə çatdırıb.

Qeyd edək ki, “Birbaşa Bakı” və “Zirə” Çempionlar Liqasında, “Zəngəzur” isə Avropa Kubokunda mübarizə aparacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir