Dünya

Rusiya ordusu Ukraynada musiqi məktəbini xarabalığa çevirdi – FOTO/VİDEO

Sharing is caring!

Ukraynanın Donetsk vilayətində daha bir mədəniyyət müəssisəsi dağıdılıb. Rusiya ordusu Svyatoqorskidəki musiqi məktəbinə hücum edib.

Bu barədə vilayətin qubernatoru Pavel Kirilenko məlumat verib.

“2016-cı ildə Yaponiya hökuməti bu məktəbi təmir etməkdə bizə kömək etdi. Ruslar onu xarabalığa çevirdilər”, – deyə qubernator bildirib.

Qeyd edək ki, dünən Rusiya ordusu raket zərbəsi ilə Lozova şəhərində mədəniyyət evinə raketli hücum həyata keçirib. Nəticədə aralarında 11 yaşlı qız olmaqla yeddi nəfər yaralanıb.

Mənbə: Strana.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir