MARAQLI

Çində yaşı beş min ildən çox olan düyü sahəsi aşkarlanıb – FOTO

Sharing is caring!


Çinin şərqindəki Çjetzyang əyalətində arxeoloqlar təxminən 5300-5500 il yaşı olan qədim çəltik sahəsi aşkar ediblər.

Yuyao şəhərinin yaşayış məntəqələrindən birində tapılan ərazinin “Hemudu” neolit ​​mədəniyyətinin gec dövrünə aid olduğu hesab edilir.

Məlum olub ki, qazıntılar min kvadratmetr sahədə aparılıb, arxeoloqlar üç yol kənarı, doqquz çuxur, düyü və alaq otlarının qalıqları, suvarma və drenaj üçün bir xəndək və çox güman ki, düyü sahəsini yaşayış məntəqəsi ilə birləşdirən bir yol aşkarlayıblar.

Tədqiqatçılar əmindirlər ki, bu kəşf keçmişin düyü tarlaları sisteminə işıq salacaq. Bundan əlavə, alimlər hesab edirlər ki, bu, ərazidə çəltikçiliyin öyrənilməsi üçün mühüm material rolunu oynayacaq.

Mənbə: Sinhua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir