Dünya

Donetskin azad olunmuş ərazisi hücuma məruz qalıb – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Kiyev, Donetsk, Dnepropetrovsk, Jitomir, Nikolayev, Zaporojye vilayətləri gecə boyu dron hücumlarına məruz qalıb. Ukrayna Silahlı Qüvvələri tərəfindən 14 kamikadze dronu məhv edilib ki, onların yarısı Kiyev vilayəti ərazisinə düşür.

O da bildirilib ki, son günlər Donetsk vilayətinin yeni azad olunmuş ərazilərinə Rusiya ordusunun hücumları artıb.

Dron hücumlarının daha çox Donetsk vilayətində müşahidə olunduğunu deyən jurnalist qeyd edib ki, Baxmut və Limansk rayonlarında azərbaycanlılara məxsus kafelər və evlər də dağıdılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir