İdman

Qurban Qurbanov: “İddialı və maraqlı qrupa düşmüşük”

Sharing is caring!


Bunu klubun saytına açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən deyib.

51 yaşlı mütəxəssis təsnifat mərhələsində qarşılaşdıqları rəqiblərin də təhlükəli olduğunu bildirib:

“Qrup mərhələsinə qədər gəlməyimiz heç də asan deyildi. Qrupda asan rəqiblər olmur. “Bayer” top-5 ölkəsinin komandasıdır. “Molde” və “Hakken” də avrokubok təcrübəsinə malik klublardır və iddialıdırlar. Rəqiblərlə qarşıdakı günlərdə daha yaxından tanış olacağıq. İstənilən halda şanslarımızdan düzgün istifadə edəcəyik. Yaxşı nəticələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik. Bir sözlə, qarşıda bizi maraqlı oyunlar gözləyir”.

Qeyd edək ki, “Qarabağ” H qrupunda Almaniyanın “Bayer” (Leverkuzen), Norveçin “Molde” və İsveçin “Hakken” komandaları ilə üz-üzə gələcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir