İdman

“Sumqayıt” Çad millisinin hücumçusunu transfer etdi

Sharing is caring!


2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətinə yeni futbolçu cəlb edib.

“Gənclik şəhəri” təmsilçisindən verilən məlumata görə, komanda son klubu Kipr “Anortosis”i olan Çad millisinin üzvü Kasimir Ninqa ilə bir illik müqavilə imzalayıb. 30 yaşlı cinah hücumçusu “11” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Kasimir Ninqa karyerası ərzində “Monpelye”, “Kann”, “Anje” (hamısı Fransa), “Sivasspor” (Türkiyə), “Anortosis” (Kipr) kimi klublarda çıxış edib. Çad millisində 18 oyun keçirən Ninqa 5 dəfə rəqib qapılarına yol tapıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir