İdman

Çempionlar Liqası: Bu gün qrup mərhələsinin püşkü atılacaq

Sharing is caring!


Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Oxu.Az xəbər verir ki, Monakoda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Püşk nəticəsində 32 komanda səkkiz qrupa bölünəcək. UEFA püşkdən öncə klubları dörd səbətə bölüb. Türkiyənin turnirdəki təmsilçisi “Qalatasaray” ən aşağı reytinqlilərin yer aldığı dördüncü səbətdə yer alıb.

Çempionlar Liqası

Qrup mərhələsinin püşkatması

I səbət

“Mançester Siti” (İngiltərə), “Sevilya”, “Barselona” (hər ikisi İspaniya), “Napoli” (İtaliya), “Bavariya” (Almaniya), PSJ (Fransa), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland)

II səbət

“Real Madrid”, “Atletiko Madrid” (hər ikisi İspaniya), “Mançester Yunayted”, “Arsenal” (hər ikisi İngiltərə), “İnter” (İtaliya), “Borussiya Dortmund”, “Leypziq” (hər ikisi Almaniya), “Portu” (Portuqaliya)

III səbət

“Şaxtyor” (Ukrayna), “Zalsburq” (Avstriya), “Milan”, “Latsio” (hər ikisi İtaliya), “Srvena Zvezda” (Serbiya), “Braqa” (Portuqaliya), PSV (Niderland), “Kopenhagen” (Danimarka)

IV səbət

“Yanq Boyz” (İsveçrə), “Real Sosyedad” (İspaniya), “Qalatasaray” (Türkiyə), “Seltik” (Şotlandiya), “Nyukasl” (İngiltərə), “Union” (Almaniya), “Antverp” (Belçika), “Lans” (Fransa)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir