İdman

Yığmanın baş məşqçisi: “Olimpiya çəki dərəcəsində ilk qızıl medal qazandıq”

Sharing is caring!


“Sevindirici haldır ki, Azərbaycan taekvondoçusu Olimpiya çəki dərəcəsində ilk dəfə olaraq Avropa çempionu olur”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın taekvondoçu gənclərdən ibarət milli komandasının baş məşqçisi Mamed Abdullayev jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, taekvondo üzrə yarışda böyüklərdən 7 nəfər, gənclərdən isə 13 idmançımız iştirak edib.

“Bu, Azərbaycan Taekvondo Federasiyasının uğurudur. Gənclərin hər birinin çıxışı qənaətbəxş idi. Bütün idmançılarımız yaxşı nəticə əldə etdilər. Bu münasibətlə Azərbaycan Taekvondo Federasiyasını təbrik edirəm”, – deyə M.Abdullayev bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir