Cəmiyyət

Şəhid Orxan Əsgərovun qızı atasının arzusunu gerçəkləşdirdi – FOTO

Sharing is caring!


“Orxanın arzusu idi ki, qızı tibb sahəsində olsun. Atasının arzusunu gerçəkləşdirdi”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.

O bildirib ki, nəvəsi həm özünün, həm də atasının arzusunu gerçəkləşdirib:

“Xoş xəbər oldu, çox sevincliyik. Aysu Orxan qızı Əsgərlinin adı da tələbələrin siyahısındadır. O, Türkiyədə Uludağ Universitetinin tibb fakültəsinə qəbul olub. Hətta tam təqaüdlə oxuyacaq. Orxanın da arzusu bu idi, ruhu şad olsun”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir