İdman

Millimizin iki futbolçusu top-klublara ən çox hazır olan gənclər siyahısında – FOTO

Sharing is caring!


Beynəlxalq İdman Araşdırmalar Mərkəzi – CIES ən istedadlı gənclərin siyahısını dərc edib.

2002-ci il təvəllüdlü və daha gənc oyunçuların yer aldığı cədvəldə top-klublara ən hazırlıqlı olan idmançılar yer alıblar.

Siyahıda Azərbaycan millisinin də iki üzvü var. Bunlar “Sabah”ın qapıçısı Yusif İmanov və İsveçin “Yurqorden” klubunda çıxış edən Musa Qurbanlıdır.

“Sabah”ın 20 yaşlı qolkiperi ən yaxşı 55-ci gənc hesab edilib. 20 yaşlı futbolçunun təcrübə əmsalı 49,5 bal, transfer qiyməti isə 700 min avro göstərilib.

Musa Qurbanlı 85-ci yerdə göstərilib. Onun təcrübə əmsalı 46,0 bal, qiyməti isə 3,6 milyon avro göstərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir