Cəmiyyət

“Kənddə işıqları gün ərzində 22 dəfə söndürüblər” iddiasına qurumdan RƏSMİ AÇIQLAMA

Sharing is caring!


Lənkəran rayonunun Cil kəndində işıqların tez-tez söndüyü iddia edilir.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Vətəndaş iddia edir ki, gün ərzində Lənkəranın Cil kəndində 22 dəfə işıqları söndürüb-yandırırlar:

“Qəza xidmətindən soruşuruq, səbəb də demirlər. Çağrı mərkəzi isə nə vaxt zəng edirik, deyirlər, işıq dirəyinə maşın çırpılıb. Onların hesabı ilə getsək, Lənkəranda artıq qəzasız avtomobil qalmayıb”.

Məsələ ilə bağlı “Azərişıq” ASC-yə sorğu ünvanladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, səsləndirilən iddialar həqiqəti əks etdirmir:

“İddia edilən kimi, kənddə abonentlərə elektrik enerjisinin verilişində çoxsaylı məhdudiyyətlər olmayıb. Cil kəndində normal şəbəkə fəaliyyətdədir. Gün ərzində cəmi üç dəfə planlı açılmalar olub. Bu barədə müvafiq qurumlara öncədən məlumat verilib. Səbəb isə ağac budaqlarının ərazidən keçən xətlərə toxunaraq mane olmasıdır. Qurumun rayon üzrə yerli idarəsinin əməkdaşları ağacların budanmasından sonra abonentlərə elektrik enerjisinin verilişini bərpa ediblər. Sözügedən kənddə elektrik enerjisinin verilişi ilə bağlı heç bir problem yoxdur”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir