İdman

Respublika stadionunun direktoru arenanın ot örtüyünün vəziyyətindən danışdı

Sharing is caring!


Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın Sloveniya “Olimpiya”sına qarşı keçirəcəyi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa hazırlıqlar davam edir.

Bu barədə “Report”a mərkəzi arenanın direktoru Tələt Məmmədov məlumat verib.

O, matça hazırlığın yaxşı getdiyini bildirib. Direktor meydanın ot örtüyünün yüksək səviyyədə olduğunu da vurğulayıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Lyublyanada rəqibini 2:0 hesabı ilə üstələyib. Avqustun 31-də baş tutacaq “Qarabağ” – “Olimpiya” oyunu saat 20:00-da start götürəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir