Cəmiyyət

“Köhnə evimiz gözümüzün qabağında dağılır, dövlət strukturları isə reaksiya vermirlər” – FOTO

Sharing is caring!

Sabunçu qəsəbəsi, Zərdabi küçəsi (keçmiş S.Əfəndiyeva), 8 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının acınacaqlı durumu barədə Media.Az artıq xəbər yazıb. 19-cu əsrə aid olan bina qəzalı vəziyyətdədir: üzlükləri dağılır, kərpiclər piyada yoluna düşür, damı isə çürüyüb tökülür.

Sakinlər bundan narahatdırlar və evin təmirinə və ya sökülməsinə köməklik göstərilməsi xahişi ilə dəfələrlə dövlət qurumlarına müraciət ediblər. Lakin müvafiq qurumlardan dəstək almayıblar.

“25 fevral 2023-cü ildə binamızda mənzillərdən birinin dam örtüyü uçdu. Xoşbəxtlikdən, heç kim xəsarət almadı”.

Bu barədə Media.Az-a dam örtüyü uçan həmin mənzilin qonşuluğunda yaşayan İslam Dadaşov məlumat verib. Onun sözlərinə görə, həmin mənzildə daha bir otağın dam örtüyü uçmaq üzrədir.

Media.Az bununla bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edib.

“Bu il fevralın 25-də Sabunçu qəsəbəsi, Zərdabi küçəsi (keçmiş S.Əfəndiyev), 8 ünvanındakı evdə mənzillərdən birinin tavanının bəzi hissələrində kiçik çökmələr baş verib. Məlumat üçün bildiririk ki, qeyd olunan mənzil qeyri-yaşayış sahəsidir və uzun müddətdir istifadə olunmur. Rayon icra hakimiyyətinə maliyyə vəsaiti ayrılmadığından binada təmir işləri aparmaq bizim səlahiyyətimizdə deyil. Gələcəkdə bu məqsədlə maliyyə vəsaiti ayrılsa, məsələyə yenidən baxıla bilər.

Lakin mənzil-tikinti kooperativinin nümayəndələri bizə evdə yaşayan sakinlərin köçürülməsi və yerində yenisinin tikilməsi xahişi ilə müraciət etsələr, tərəfimizdən lazımi dəstək göstəriləcək”, – deyə Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir