İdman

“Qarabağ” qapıçısı ilə yolları ayıra bilər

Sharing is caring!


Andrey Lunyovun transferindən sonra “Qarabağ” qapıçılarından biri ilə yollarını ayıra bilər.

Oxu.Az xəbər verir ki, Ağdam klubunda Luka Quqeşaşvili yol üstündədir. Gürcüstanlı qapıçı heyətə düşə bilməyəcəyinə görə narahatdır.

Hazırda “Qarabağ”ın dörd qapıçısı var. Lunyovla Quqeşaşvilidən başqa, Şahruddin Məhəmmədəliyev və Amin Ramazanov da “çərçivə”ni qorumağa iddialıdırlar. Yaxın zamanda Lunyovun əsas, Məhəmmədəliyevin ikinci qapıçı olacağı ehtimal edilir.

Belə vəziyyətdə Quqeşaşvili komandanı tərk etməyi düşünür. Klub hələlik qərar verməyə tələsmir. Çünki uzun müddət futbolsuz qalan Lunyovun özünü necə göstərəcəyi tam bəlli deyil. Məhəmmədəliyev isə çoxsaylı səhvləri ilə ona olan etimadı itirib. Ağdam təmsilçisi bir qədər səbirli olmaq niyyətindədir. Ancaq klubda da anlayırlar ki, heyətdə iki əcnəbi qapıçı çoxdur və bu, gec-tez oynamaqla bağlı narazılığa səbəb ola bilər.

Qeyd edək ki, Quqeşaşvili 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinir.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir