Cəmiyyət

Rövşən Əsgərov Rusiyada cərimələnib

Sharing is caring!


Moskvanın Savelovski Məhkəməsi “Nə? Harada? Nə vaxt?” teleşousunun keçmiş oyunçusunu cərimələyib. Rövşən Əsgərov (xarici agent kimi tanınıb) xarici agentin qaydalarını pozduğuna görə 40 000 rubl cərimələnib.

Bu barədə məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib.

“Moskvanın Savelovski Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərarı ilə Rövşən Əsgərov Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək (xarici agent tərəfindən Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş məlumatı səlahiyyətli orqana təqdim etmək) 40.000 rubl məbləğində inzibati cərimə şəklində cəzalandırılıb”, – məlumatda deyilir.

R.Əsgərov 2022-ci ilin dekabrında inagent kimi tanınıb. Onunla bağlı nasizmin reabilitasiyası işi də araşdırılır. İstintaq müəyyən edib ki, o, aprelin 6-dan gec olmayaraq öz “Facebook” səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və nüfuzdan salan yalan məlumatları bilərəkdən dərc edib. R.Əsgərov federal axtarışa verilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir